Türkiyəyə deportasiya edilən FETÖ-çu təyyarəni partlatmaqla təhdid etdi

Türkiyəyə deportasiya edilən FETÖ-çu təyyarəni partlatmaqla təhdid etdi

Türkiyəyə deportasiya edilən FETÖ-nun "Myanmar imamı” mindirildiyi təyyarəni partlatmaqla təhdid etdi 

Fətullahçı Terror Təşkilatının (FETÖ) "Myanmar imamı” olduğu müəyyən edilən Məhəmməd Furqan Sökmən, deportasiya edildikdən sonra təyyarə ilə Türkiyəyə gətrilib.

Avropa.info xəbər verir ki, Türk Hava Yollarına aid təyyarəylə Türkiyəyə gətirilməsi üçün 24 Mayda Myanmardan deportasiya edilən Məhəmməd Furqan Sökmən,  əvvəl Banqkoka gətirilib. Burada Türkiyədən gedən İnterpol əməkdaşlarına təslim edilən Sökmən, təyyarəni partladacağı ilə təhdid edib. Bundan sonra, təyyarədən enmək istəyən sərnişinləri İnterpol əməkdaşları Sökmənin yalan dediyinə inandırmağa cəhd edib.

Təxminən 1,5 saatlıq ləngimədən sonra, THY iddianın əsassız olduğunu sərnişinlərə elan edərək, uçuş həyata keçirib.
Atatürk Hava Limanına enən təyyarəni  İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları qarşılayaraq, Sökməni polis idarəsinə aparıblar.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az