Türkmənistanın ölkəmizdəki Səfirliyi Təhsil Nazirliyinin nəzdində
T. İsmaylov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı ilə birgə Türkmənistanla Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə həsr olunan respublika müsabiqəsi elan edib. “Vətəninfo.az”a səfirlikdən bildirilib ki,müsabiqə “Türkmən-azərbaycan münasibətləri – dostluğun və qardaşlığın nümünəsi” mövzusunda gənc rəssamlar arasında 3 yaş kateqoriyası üzrə keçiriləcək:
1.3-6 yaş;
2.7-10 yaş;
3.11-16 yaş.
İşlər 5 aprel 2012 - 25 may 2012-ci il tarixinədək T.İsmaylov adına “Uşaq dünyası” Qalereyasının Təşkilat Komitəsində qəbul ediləcək, ünvan: 28 May küçəsi, 21. Rəsmlər A2 və A3 formatında və hər iştirakçıya 2 rəsmdən çox olmamaq şərti ilə təqdim edilməlidir. Əlaqələr və iştirakçı haqqında məlumat rəsmlərin arxa hissəsində qeyd edilməlidir.Müsabiqənin qalibləri Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyi və sponsor təşkilatlar tərəfindən qiymətli hədiyyələr ilə mükafatlandırılacaqlar. Azərbaycanın tanınmış rəssamlarından ibarət münsiflər heyəti hər bir kateqoriya üzrə 3 qalib seçəcək və bir ən yaxşı rəsm müəyyən edəcək.Mükafatlandırmanın təntənəli mərasimi 9 iyun 2012-ci il sərginin açılışında keçiriləcək. Əlavə məlumat üçün aşağıdakı telefonlar ilə əlaqə saxlayın: +99412 4981552 (Təşkilat Komitəsi), +99412 4981553 (Təşkilat Komitəsinin rəhbərliyi), +99412 5963527 (Türkmənistan Səfirliyi).
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər