“Türmə Eldar Mahmudov üçün çoxdan ağlayır”

“Türmə Eldar Mahmudov üçün çoxdan ağlayır”

Əyyub Kərimov: "Həbsxana onun üçün göz yaşı tökür”

"Eldar Mahmudovu həbs etmək üçün Çovdarovun ifadəsinə ehtiyac yoxdur”

Məlum olduğu kimi, hazırda ölkə gündəminin ən əsas məsələlərindən biri sabiq MTN generalı Akif Çovdarovla bağlı başladılan məhkəmə prosesidir. Maraqlıdır, sabiq generalın məhkəmə zamanı Eldar Mahmudov əleyhinə verəcəyi hər hansı ifadə sabiq nazirin həbsxanaya gedən yolunu aça bilər?
Moderator.az-a açıqlama verən hüquqşünas Əyyub Kərimov E.Mahmudovun həbsi üçün A.Çovdarovun ifadəsinə ehtiyac olmadığını vurğulayıb:
"A.Çovdarovun öncə ifadəsi ilə tanış olmaq lazımdır. Onun nə ifadəsi verməsinə baxmaq lazımdır. Lakin bu da bir həqiqətdir ki, E.Mahmudovu həbs etmək üçün A.Çovdarovun onun əleyhinə ifadə verməsinə ehtiyac yoxdur. Türmə E.Mahmudov üçün çoxdan ağlayır. Həbsxana onun üçün göz yaşı tökür. Sadəcə olaraq, onun həbs ediməsi üçün gərəkən siyasi iradə yoxdur. Bu məsələdə A.Çovdarovun nə isə deməsinə ehtiyac yoxdur. A.Çovdarov kimdir ki? O, E.Mahmudovun tabeliyində olan bir şəxs olub. Siyasi iradə ortaya qoyulsa, A.Çovdarovun danışmasına ehtiyac yoxdur”.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az