Ucqar dağ kəndinin 7 şəhidi
(1-hissə)
Azərbaycan xalqının heç bir qonşusu ilə bəxti gətirməmişdir, çünki bu qonşuların hər birində vətən torpağı vardır. Tarix boyu bədnam qonşumuz olan ermənilər Türkmənçay müqaviləsindən sonra Azərbaycanın İrəvan və Qarabağ torpaqlarına yerləşdiridilər. Lakin sonradan deyirdilər ki, guya bu torpaqlar onlarındır. Bu tendesiya ilə ermənilər zaman-zaman xalqımıza qarşı torpaq iddiası ilə çıxış edərək millətimizi soy qırıma məruz etmişlər. Artıq xalqın səbri tükənmişdi, sülh dilini başa düşməyən ermənistanın siyasi hakimiyyəti nəinki işğal olunmuş torpaqlarımızı qaytarmaq istəmir, üstəlik yeni torpaqlar uğrunda yeni muharibəyə hazırlaşırdı və "Aprel döyüşləri!” və Tovuz hadisələri buna misaldır. Ermənilər bu dəfə qazdıqları quyuya özləri düşdülər. Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirib. 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilib. Beləliklə, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. Lakin bütün bu torpaqlar heçdə boşu-boşuna bizə təhvil verilmədi, bu torpaqların alınması üçün şanlı ordumuz və igid əsgərlərimiz rəşadətlə vuruşub düşmənin başını əzdilər. Gedən ağır döyüşlərdə neçə-neçə vətən oğlu bu müqəddəs yolda şəhid oldu. Lənkəranın ucqar dağ kəndlərindən biri olan Gəgiran kəndi Vətən müharibəsində 7 şəhid vermişdir.
Əhədli Baloğlan Şakir oğlu 10 yanvar 2002-ci ildə Lənkəran rayonu Gəgiran kəndində anadan olmuşdur. 1 sentyabr 2008-ci ildə Gəgiran kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2019-ci ildə orta məktəbi bitirmişdir. 24 yanvar 2002-ci ildə hərbi xidmətə getmişdir. 27 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsinə getmişdir. Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd və Şuşanın işğaldan azadlığı uğrunda şəhid olmuşdur. Üç bacının bir qardaşıdır. Atası Əhədov Şakir Qəni oğlu heç bir yerdə işləmir. Anası isə Əhədova Xanım Həsənağa qızı hal hazırda məktəbdə xadimə işləyir. Bütün bölgələrdə döyüşlərdə iştirak etmişdir. Qubadlı, Füzuli,Şuşanın azadlığı uğrunda və Vətən uğrunda medalları ilə təltif edilmişdir. 6 noyabr 2020 ci ildə Şuşanın işğaldan azadlığı uğrunda şəhid olmuşdur.8 noyabr 2020 ci ildə Lənkəran rayonu Gəgiran kəndində dəfn olunmuşdur.
Nurizadə Qalib Habil oğlu 10 iyun 1996-cı ildə Lənkəran rayonu Gəgiran kəndində anadan olub, 2002-ci ildə Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olub, 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2014-cü ildən 2016-cü ilə qədər Qalib Nurizadə Silahlı Qüvvələrin N saylı hərbi hissəsində baş manqa atıcısı vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. Səfərbərlik elanı verilən ilk günlərdən Qalib vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə Füzuli, Qubadlı və Talış kəndin işğaldan azad olunmasında iştirak edib və Daşaltının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Nurizadə Qalib Habil oğlu Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən Uğrunda", "Cəsur Döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Mirzəyev Rasim Fəttah oğlu 28 noyabr 1998-ci ildə Lənkəran rayonu Gəgiran kəndində anadan olmuşdur. 1 sentyabr 2005-ci ildə Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin 1 ci sinfinə daxil olmuş, 2016-ci ildə məktəbi bitirmişdir. 8 yanvar 2018-ci ildə hərbi xidmətə getmişdir. Ailəlidir bir uşağı var. Bir bacının bir qardaşıdır. Atası Xosrovov Fəttah Kamal oğlu hal hazırda işləyir. Anası Xosrovova Zəkiyyə Həsən qızı heç bir yerdə işləmir, evdar qadındır.
27 sentyabr 2020 - ci ildə 2-ci Qarabağ müharibəsi başlandı. O, 28 sentyabrda könüllü olaraq müharibəyə getmişdir. Cəbrayıl, Füzuli, Qubadlı döyüşlərdə iştirak etmişdir. 22 oktyabr 2020 - ci ildə Qubadlının azadlığı uğrunda şəhid olmuşdur. 5 noyabr 2020-ci ildə Lənkəran rayonu Gəgiran kəndində dəfn olunmuşdur. Qubadlı nın azadlığı uğrunda medalı və Vətən uğrunda medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərmizə rəhmət etsin! Amin.
Aqşin Əliyev
yazıçı-publisist