Ukrayna ilə 30 günlük atəşkəs... - Kremldən açıqlama

Ukrayna ilə 30 günlük atəşkəs... - Kremldən açıqlama
Moskva ABŞ və Ukrayna arasında danışıqlardan sonra verilən bəyanatları diqqətlə araşdırır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə 30 günlük atəşkəs məsələsinə dair münasibət bildirərkən deyib.

Peskov Kiyevin razılaşdığı 30 günlük atəşkəs məsələsində tələsməməyə, hadisələri qabaqlamamağa çağırıb.

"Baxın, siz bir az qabağa gedirsiniz, biz bunu etmək istəmirik. Ötən gün mətbuata açıqlama verən Rubio da, Uolts da bəyan etdilər ki, müxtəlif diplomatik kanallar vasitəsilə Ciddədə baş tutan danışıqların mahiyyəti barədə bizə ətraflı məlumat verəcəklər. Bax, əvvəlcə bizə bu məlumatlar daxil olmalıdır. Həmçinin bu günlərdə bizim amerikalılarla da təmaslarımız planlaşdırılıb ki, bu təmaslar zamanı artıq tam şəkildə məlumat alacağımıza ümid edirik", - deyə Dmitri Peskov qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az