UNUN QİYMƏTİ NÖVBƏTİ DƏFƏ UCUZLAŞIB

UNUN QİYMƏTİ NÖVBƏTİ DƏFƏ UCUZLAŞIB

İdxal buğdasının alış qiymətində son günlərdə baş vermiş enmələr istehsal olunan unun maya dəyərinin yenidən aşağı salınması imkan yaradıb. "Karat Holding" MMC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla əlaqədar unun topdansatış qiyməti təkrar aşağı salınaraq, 1 kisə 50 kq-lıq "Karmen" ununun topdansatış qiyməti 24,95 manat müəyyən edilib.

Məhsulun topdansatış qiymətində baş vermiş ucuzlaşmanın tezliklə həmin məhsulların pərakəndə satış qiymətinin ucuzlaşmasına da səbəb olacağı bildirilib.

Xatırladaq ki, bir neçə gün öncə "Karat Holdinq" MMC istehsal etdiyi 1 kisə 50 kq-lıq "Karmen" ununun topdansatış qiymətini 25,95 manatdan 25,45 manata endirmişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az