Vahid Əhmədov namizədliyini geri götürdü

Vahid Əhmədov namizədliyini geri götürdü
VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb.

Miq.az "Report”a istinadən xəbər verir ki, V.Əhmədov məlumatı təsdiqləyib.

O bildirib ki, 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürüb:

"Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər. Mən hər zaman dövlətimin, millətimin və xalqımın yanındayam. Bundan sonra da dövlətim və xalqım üçün əlimdən gələni etməyə hazıram”.

Qeyd edək ki, V. Əhmədov III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub.
 
****
 
 
Milli Məclisin III, IV, V və VI çağırış deputatı Vahid Əhmədov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

 

Modern.az-ın məlumatına görə, o, namizədliyini geri götürüb.

 

Vahid Əhmədov namizədliyini 59 saylı Quba seçki dairəsindən irəli sürmüşdü.

 

Qeyd edək ki, Hakim Yeni Azərbaycan Partiyası (YAP) sözügedən dairədən Əlibala Səttar oğlu Məhərrəmzadəni deputatlığa namizəd irəli sürüb.

 

Əlibala Məhərrəmzadə 9 avqust 1976-cı ildə Quba şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirib. 1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini alıb. İqtisad elmləri namizədi, professordur.

 

2010-cu ildə keçirilmiş parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olub.

 

Qeyd edək ki, Vahid Əhmədov namizədliyinin geri götürülməsi barədə məlumatı "report"a təsdiqləyib. Siyasətçi kifayət qədər yaşının olduğunu, ailəsi və yaxınlarının ona istirahət etməyi tövsiyə etdiyini bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az