Vahid Ələkbərovu Azərbaycanda iki layihə maraqlandırır

Vahid Ələkbərovu Azərbaycanda iki layihə maraqlandırır
Rusiyanın "Lukoil” neft şirkətinin prezidenti, azərbaycanlı neft maqnatı Vahid Ələkbərov "Kommersant”a müsahibəsində Azərbaycanda iki layihə üzrə danışıqlar apardığını deyib.

Virtualaz.org xəbər verir ki, Vahid Ələkbərov həmin layihələrin adlarını açıqlamayıb. "Azərbaycanda hazırda bizim danışıqlar prosesimiz gedir, hansı ki, biz bunu 2020-c ilin birinci kvartalında sürətlə yekunlaşdırmağı nəzərdə tuturuq. Bizi iki layihə maraqlandırır, amma mən hələ onları açıqlaya bilmərəm, hələlik onlarla bağlı müqavilə imzalanmayıb”,-milyarder bildirib.

V.Ələkbərov Azərbaycanla yanaşı Qazaxıstanda da "bəzi maraqlı layihələr” üzrə danışıqlar getdiyini deyib. Onun sözlərinə görə, "Lukoil” Xəzərdə fəal geoloji-kəşfiyyat işləri də aparırı və gələn il "Xəzri” blokunda quyuların qazılmasına başlayacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az