Vəliyeva namaza başladı, nazir müavinliyindən imtina etdi

Vəliyeva namaza başladı, nazir müavinliyindən imtina etdi

Xəbər verdiyimiz kimi təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.

Bununla bağlı rəsmi açıqlamada onun səhhətindəki problemlərə görə öz ərizəsi ilə postundan kənarlaşdığı deyilsə də, əsl həqiqət başqadır.

Miq.Az  "Gününsəsi.info"ya istinadən xəbər verir ki, Vəliyevanın nazir müavini vəzifəsindən getməsinə səbəb onun dinə bağlanması olub. Belə ki, hicab bağlayaraq, namaza keçən Məhəbbət Vəliyeva vəzifədə çalışmağı haram hesab edib.

O, islam dininin sünni məzhəbinə itaət etdiyindən istefa ərizəsi yazıb.

Xatırladaq ki, uzun illər Bakı Baş Təhsil İdarəsinin rəisi vəzifəsini tutan Məhəbbət Vəliyeva 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az