Vergilər naziri sərt danışdı: “Milyonlarla pulu olanlar var ki, evinə 5 tibb işçisi gətizdirir”

Vergilər naziri sərt danışdı: “Milyonlarla pulu olanlar var ki, evinə 5 tibb işçisi gətizdirir”
Vergilər naziri Fazil Məmmədov Milli Məclisin plenar iclasında çıxış edib.

Miq.az Cebhe.info-ya istinadən  xəbər verir ki, Vergilər Məcəlləsinə edilən dəyişiklik barədə danışan F.Məmmədov qeyd edib ki, bir sıra fəaliyyət növlərinin sadələşdirilmiş vergiyə cəlb olunması ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik bu işçilərin vergiyə cəlb edilməsi üçün deyil.

Nazir bildirib ki, nə Dövlət Statistika Komitəsi, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də Vergilər Nazirliyi tərəfindən ölkədə işsizliyin səviyyəsinin dəqiq uçotunu və iqtisadi təhlillərini aparmaq mümkündür:

"Ölkədə işləyənlərin sayı çoxdur. Əgər əhalinin bir hissəsi evlərdə işləyirsə, siz niyə nəzərə almırsınız ki, bu şəxsləri işə götürən də var? Bundan başqa, kimsə bağında bağban saxlayır. Deməli, o şəxsin sosial vəziyyəti yaxşıdır. Əgər bağda bağban, mühafizəçi, xidmətçi varsa, bu dəyişiklik işçinin uçotunu aparmağa imkan verəcək.

Bu dəyişikliklər dövlət büdcəsinin gəlirlərinin təmin olunması məqsədinə xidmət etmir. Milyonlarla vəsaiti olanlar var ki, evinə 5 tibb işçisi gətizdirib, xəstələrinə xidmət etdirir. Nə üçün onlar vergi ödəməməlidir?” Fazil Məmmədov ölkədə işsizliyin olmasından danışan millət vəkillərinə də müraciət edib: "Siz hansı təbəqədən danışırsınız? Sosial təbəqədəndirsə, burda söhbət sosial təbəqədən getmir, işəgötürən tərəfindən ödənilməsindən gedir”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az