Veteranlar Fövqəladə iclas keçirdi
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin idarə heyəti və Bakı şəhərində yerləşən rayonların filial sədrləri 5 May 2016-cı il tarixdə ictimai birliyin qərargahında fövqəladə iclas keçirtmişlər.
Miq.az xəbər verir ki, iclasın əsas mövzusu Ermənistan Respublikasının Dağlıq Qarabağ ətrafında yeritdiyi məntiqsiz və ədalətsiz mövqeyi olmuşdur.
İclası giriş sözü ilə ictimai birliyin sədri Mehdi Mehdiyev açmışdır. O çıxışında bildirmişdir ki, Ermənistan dövləti Dağlıq Qarabağ siyasətində öz havadarlarını itirərək bu oyunda tənha qalmağlarını hiss etmişlər. Bunun nəticəsidir ki, onlar sülh danışıqlarından birtərəfli olaraq imtina etmişlər. Ona görə biz Qarabağ müharibəsində böyük təcrübəsi olan ehtiyatda olan zabit, gizir, çavuş və əsgər heyəti bu gündən etibarən qısa müddət ərzində səfərbər olub, hücum briqadaları yaratmaq üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək təlimlərə başlamaq və işğalda olan Azərbaycan torpaqlarının azad olması üçün ön cəbhəyə yollamağa qərar veririk. Səfərbərlik könüllülük əsasında yüksək döyüş qabiliyyətinə malik olan Əfqanıstanda və Dağlıq Qarabağda gedən döyüşlərdə təcrübə yığmış keçmiş döyüşçüləri cəlb etməklə həyata keçiriləcək. Biz — Müharibə iştirakçıları Vətənimizin ərazi bütövlüyünü təmin etmək məqsədi ilə bu qətiyyətli addımı atırıq.
İclasda iştirak edən filialın sədrləri yekdilliklə bu qərarı dəstəklədiklərini bildirmişlər.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin mətbuat xidməti
Miq.az