Bakıda qəbiristanlıqda doğranmış meyit tapıldı

  Bakıda qəbiristanlıqda doğranmış meyit tapıldı
Bakıda doğranmış halda meyiti aşkar edilmiş şəxs dəfn olunub.

Miq.az  xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki su kanalında aşkar edilən hissələrə parçalanmış kişi meyitinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Meyit Hövsan qəsəbəsi ərazisindəki kimsəsizlər qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki su kanalında hissələrə parçalanmış naməlum kişi meyiti aşkar edilib. Meyitin başı, əlləri və ayaqları bir neçə gün sonra tapılıb.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az