Vurğun Həsənli: ”Qərb İranı “cəzalandırarsa”, molla rejimi yerinə Qərb yönlü iqtidar “gələcək”

Vurğun Həsənli: ”Qərb İranı “cəzalandırarsa”, molla rejimi yerinə Qərb yönlü iqtidar “gələcək”

Qafqazda münaqişələr bitmədikcə ciddi müharibə təhlükəsinin mövcudluğu davam edəcək.

Bu sözləri “Veteninfo.az”a - Ankaradan sabiq diplomat, siyasi analitik Vurğun Həsənli Rusiyanın Ermənistana desant yığması ilə bağlı  xəbəri şərh edərkən bildirib.

“Ermənistana yığılan desantların Gürcüstandan daha çox mümkün Qərb-İran münaqişəsi ilə bağlı olduğu ehtimalı daha realdır. Çünki, Rusiyanın ikinci Gürcüstan müharibəsi üçün bu qədər əvvəldən böyük desant dəstələrini Ermənistana yığması inandırıcı görsənmir. Yoxsa ABŞ-dakı prezident seçkilərindən sonra, ABŞ İranla indiki səs tonuyla danışmayacaqdır. İran, ABŞ-ın regiondakı maraqları üçün ciddi əngəllər yaradır. İstanbuldakı görüşdəki atmosferin aldadıcı olduğu bir həqiqətdir. Qərb ABŞ-dakı seçkilərin nəticələri üçün “vaxt öldürür”. İran da vaxtı uzatmaqla hədəfə yaxınlaşacağını güman edir”-deyə,politoloq söylədi:”Rusiya vəziyyəti ciddi qəbul etdiyi üçün “qabaqlayıcı tədbir” alır. Əgər ABŞ-İsrail ittifaqının İranı “cəzalandırması” baş verərsə, Rusiya üçün təhlükə yaranır deməkdir. Çünki Rusiyanın regiondakı ən güclü müttəfiqi İrandır. Qərb İranı “cəzalandırarsa”, molla rejimi yerinə Qərb yönlü iqtidarı “gələcək”. Yeni gələn iqtidarın isə, Rusiyanın regiondakı maraqlarına zərər vura biləcəyi narahatlığı ilə, Rusiya Qafqazda tam nəzarəti ələ almaq üçün bu təhlükəyə müraciət edə bilər. Amma bu məsələdə Qərb nə reaksiya verəcəyini zaman göstərəcək. Çünki Qərbin Bakıda ciddi maraqları var və o maraqlarını Rusiyaya qurban verəcəyinə inanmıram”-deyə,sabiq diplomat qeyd etdi.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az