Xaçmazlı qızın Novxanıda bıçaqladığı oğlan öldü

Xaçmazlı qızın Novxanıda bıçaqladığı oğlan öldü

Bakıda qız tərəfindən bıçaqlanan şəxs ölüb.

Xəbər verdiyimiz kimi, Binəqədi Rayon Polis İdarəsi 4-cü bölməsi əməkdaşlarının keçirdikləri məliyyat tədbirləri nəticəsində, oktyabrın 10-da Novxanı qəsəbəsi ərazisində xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirdiyinə görə Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova tutulub.

APA bildirir ki, Anar Məmmədov aldığı xəsarətlər nəticəsində oktyabrın 12-də xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az