Xaləddin İsgəndərovun qalmaqallı oğluna vəzifə verildi

Xaləddin İsgəndərovun qalmaqallı oğluna vəzifə verildi
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğlu, vergilər naziri Fazil Məmmədovun bacısı oğlu Elnur İsgəndərova yeni vəzifə verilib.

Məlumatda bildirilir ki, bununla bağlı Fazil Məmmədov əmr imzalayıb. Nazir bacısı oğlunu Bakı Vergilər Departamentinin rəisi Habil Məmmədova müavin təyin edib. Özü də icra başçısının oğluna vəzifə ilə yanaşı mayor və kiçik vergi müşaviri rütbələri verilib./qaynarinfo.az/

Qeyd edək ki, ötən ilin sonlarında Elnur İsgəndərovla bağlı mediada bəzi məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, Xaləddin İsgəndərov İcra Hakimiyyətinin binasının birinci mərtəbəsində bu quruma heç bir dəxli olmayan Elnur İsgəndərova lüks kabinet verib. Binəqədidə icra başçısından sonra ikinci şəxs məhz Elnur İsgəndərov hesab edilir.
 
Miq.az
 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az