Xalq artisti Fuad Poladov dünyasını dəyişdi

Xalq artisti Fuad Poladov dünyasını dəyişdi

Xalq artisti Fuad Poladov dünyasını dəyişib. Bu barədə APA-ya onun ailəsindən məlumat verilib. Bildirilib ki, F.Poladov mayın 4-də axşam saatlarında vəfat edib.

Fuad Poladovun cənazəsi bu gün saat 13:00-da öz evindən götürüləcək. O, "Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu” fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub.

20 mart 1987-ci ildə "Azərbaycanın xalq artisti" fəxri adını alıb.

Fuad Poladov 50-yə yaxın filmdə və tamaşada müxtəlif rolları böyük sənətkarlıqla ifa edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az