Xalq artisti Muxtar Maniyevin ayağı amputasiya olunub
Xalq artisti Muxtar Maniyevin ayağı amputasiya olunub.
Vətəninfo.az xəbər verir ki, M. Maniyevin xanımı Nəsibə Maniyevanın APA-ya
verdiyi məlumata görə, xalq artisti bu gün Elmi Cərrahiyyə Mərkəzində
əməliyyat olunub: "Əməliyyat sol ayağından olunub. Sol ayaq topuq
nahiyyəsindən amputasiya olunub. Bir müddət əvvəl barmağında qaralma var
idi. Biz düşünürdük ki, ən pis halda barmaq kəsilər, amma mümkün
olmadı. Həkimlər əməliyyatı vacib hesab etdilər. Əgər ayaq amputasiya
olunmasaydı, qanda zəhərlənmə ola bilərdi, bu da yuxarı ətrafların
səradan çıxmasına gətirib çıxarardı”.
Həyat yoldaşı bildirib ki, M. Maniyev hazırda reanimasiyadadır: "Ümid
edirik ki, reanimasiyadan palataya yerləşdirilməsi çox çəkməyəcək. Baş
həkimə də, həkimlərlə də danışmışıq, əllərindən nə gəlirsə, edirlər”.
Qeyd dedək ki, M. Maniyev avqustun 6-da xəstəxanaya yerləşdirilib.