XALQ.AZ 3 ildir xalqımıza xidmət edir

XALQ.AZ 3 ildir xalqımıza xidmət edir

Ölkənin önəmli xəbər portallarından biri olan XALQ.AZ  saytının 3 yaşı tamam oldu.

XALQ.AZ İnformasiya Agentliyi yarandığın gündən müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur.

Bu barədə saytın baş redaktoru, Zaur Mirzə-zadə məlumat verib:

"İnternet mediasının sürətlə inkişaf etdiyi bir zamanda XALQ.AZ  xəbər portalı ötən 3 ildə Azərbaycan internet məkanında özünə layiqli mövqe qazana bildi və  hazırda populyar xəbər resurslarından biri  kimi tanınır. "XALQ.AZ” saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, ə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. "XALQ.AZ” saytı qısa bir müddətdə  geniş oxucu kütləsinin rəğbətini qazanıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib. Artıq üç  ildir ki, ölkənin bir sıra tanınmış imzaları – siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər XALQ.AZ-la əməkdaşlıq edir”.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az