XƏYALLARIM SƏNİ QARŞILAR (esse)

XƏYALLARIM SƏNİ QARŞILAR (esse)

Qalib Şəfahət

Nə vaxtdır ki, görmürdüm səni... Sənsiz yaman darxmışdım...Sənsizlıyin dərdini öldürmək üçün çox tələsirdim, səni görməyə.Neçə vaxtdır iş-güc başımı elə qatmışdı ki, az qalmışdı adım yadımdan çıxsın.Axır ki, vaxt tapdım!..                                                                                                                                                                İllərlə  səni görməmiş kimi,səni görməyə tələsirdim.  Bəlkə də əlacım olsaydı, uçub gələrdim sənə. Lakin, bunun mümkünsüz olduğunu duyub,vaxt itirməməyə çalışdım. Durub lazım olan əşyalarımı yığışdırıb, yola düzəldım!..
  Bilmirəm, vaxtın gec olmağından idi, nə idi, marşurutlar da elə bil göyə çəkilmişdi. Xeyli müddət dayanacaqda durub gözləyəsi oldum. Bəxtimdən taksilər də elə bil yoxa çıxmışdı. Məndən başqa dayanacaqda heç kəs görünmürdü. Elə bil ki, hamı gedəcəyi yerə gedib, çoxdan geri qayıtmışdılar.Təkcə mən yol getməli idim...
  Soyuq adamın iliyinə işləyirdi. Arzularıma bürünmüşdüm,özümü soyuqdan qorumaq üçün... Qar-çovğun da öz mərdimazarlığından əl çəkmirdi ki, əl çəkmirdi. Elə bil qəsdimə dayanmışdı...
Əlacım ancaq gözləmək idi. Özümə söz vermişdim, mütləq səni görməli idim. Zaman da elə bil mənimlə oyun oynayırdı. Qışın soyuq küləyi adamın canına işləyirdi. Sovruq qarla  ayaq izlərini doldurub, izləri itirirdi. Bununla  da elə bil adamdan qisas almaq istəyirdi.Nə qisas idi, özüm də anlamırdım. Əlimi sifətimə vurdum, sifətim elə bil od tutub yanırdı. Fikirləşdim, güzgü olsaydı bir özümə baxardım, görüm sifətim nə haldadır?!..      
Yaxamdakı düymələri nə qədər bağlasam da külək fürsət tapan kimi qarı sovurub qoluma-qoltuğuma doldururdu. Bəlkə də canımdaki hərarəti canımdan çıxartmaq istəyirdi. Bəlkə də qarı qoltuğuma doldurmaqla onu demək istəyirdi ki, adamın xoruzunu belə qoltuğuna verərlər.Bir onu bilirdim ki, təbiət mənimlə çox insafsızcasına davranırdı...
Bir ümidsizlik canımı ağuşuna alırdı. Elə bil ağüşünda məni əridib yox etmək istəyirdi.  Mən iki yolun ayrıcında qalmışdım.Həm getmək həvəsi,həm də umidsizlik,elə bil canıma qəsd edirdilər...
Bu an uzaqdan siqnal  səsi  eşidildi. Elə bil gözümə işıq gəldi. Deyəsən, marşurut idi. Qarşımda nəinsə dayandığını gördüm. İçimə bir isti dolduğunu hiss etdim. Bu marşurutda səndən başqa heç kəsi görmədim. Nə sürücü var idi, nə də başqa bir sərnişin. Sanki nitqim tutuldu. Sənin gülə-gülə düşdüyünü gördüm.
-“Deyəsən, məni unutmusan?!.. Səsin-sorağın da yoxdu. Adam bu qədər də etibarsız olar?!..”,deyib mənı məzəmmət elədi...
Mən günahkar kimi söz tapmırdım cavab verməyə,başımı yerə dikmişdim...
-Hə, hara gedirsən,mən səni görməyə gəlmişəm, sənsə deyəsən harasa tələsirsən?!..
-Səndən başqa gedəcəyim yermi var? Mən sənə gedənmədim, sən mənə gəldin,deyib gülümsündüm...
Yuxudan öz gülüşüm ayıltdı mənı.Yerimdən durub o yana,bu yana boylandım,gördümki,qapının ağzında  səni qarşılayıram...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az