Xəyyamdan toy xəbərinə münasibət
Müğənni Xəyyam Nisanov sosial şəbəkədə paylaşdığı "Tezliklə "Svadba” ("Toy”) yazılı fotosunun sirrini açıqlayıb.
Vətəninfo.az Axşam.az-a istinadla xəbər verir ki, sənətçi bunun yaxın günlərdə təqdim edəcəyi mahnısının adı olduğunu vurğulayıb:
"Dostlar,
tezliklə "Svadba” adlı mahnımı təqdim edəcəm. Bu sadəcə bəstənin anonsu
idi. Toy olanda anonsa ehtiyac duyulmayacaq. Şəxsi həyatda isə
axtarışlar hələ də davam edir. Sənət dostlarımızla efirdə, verilişdə
kliplərdə olan "sevgi” sadəcə olaraq, bir obrazdır. Ciddi qəbul
etməyin”.
Qeyd edək ki, "Svadba”nın sözləri Nərmin Raufqızına, musiqisi isə Kiriakos Papodopulosa məxsusdur.