"Xomeyninin açıqlaması çox narahatedicidir"
Vətəninfo.az-ın
Moderator.az-a istinadla verdiyi xəbərə görə, İran dini lideri Əli
Xomeyninin, "Nüvə razılığına baxmayaraq ABŞ-ın bölgədəki siyasətinə
qarşı çıxacağıq" açıqlamasına Washingtondan reaksiya gəlib. Kerry
açıqlamanı "son dərəcə narahat edici" olaraq xarakterizə edib.
ABŞ
Xarici İşlər naziri John Kerry, İranın dini lideri Ayətullah Əli
Xomeyninin, Tehran rəhbərliyinin 5 1 ölkələri (Rusiya, ABŞ, İngiltərə,
Çin, Fransa və Almaniya) ilə əldə edilən razılığa baxmayaraq ABŞ-ın
bölgədəki siyasətinə qarşı çıxacağına dair açıqlamasını "son dərəcə
narahat edici" olaraq xarakterizə edib.
ABŞ
Xarici İşlər naziri John Kerry, Səudiyyə Ərəbistanının Əl Ərəbiyə
televiziya kanalına verdiyi müsahibədə, "Hal-hazırda bunu necə
dəyərləndirəcəyimi bilmirəm. Ancaq ictimaiyyətə edilən açıqlamalarla
sonrasında inkişaf edən hadisələrin çox vaxt bir-birindən fərqli
olduğunu bilirəm. Yenə də əgər bu onların politikasıdırsa, son dərəcə
narahat edicidir və çox problemlidir "ifadəsini istifadə edib.
Ərəb
müttəfiqlərinin İranın bölgəyə müdaxiləsinə qarşı çıxa biləcəyinə
inandıqlarını vurğulayan Kerry, "Hərbi dəyərləndirməmiz və kəşfiyyat
dəyərləndirmələrimizə görə doğru bir şəkildə təşkilatlanarlarsa, Ərəb
ölkələrində bu cür hərəkətlərə qarşı çıxa bilmək üçün çox böyük
əhəmiyyət daşıyan, hələ ortaya çıxmamış bir potensial var" deyib.
İran
dini lideri Ayətullah Xomeyni şənbə günü Tehranda bir məsciddə
jurnalistlərə verdiyi müsahibədə, ABŞ-ın bölgədəki siyasətinin
İranınkılara "180 dərəcə tərs" olduğunu ifadə etmişdi.
Xomeyni
"Razılıqdan sonra belə həddini bilməz ABŞ-a qarşı siyasətimiz
dəyişməyəcək" deyə danışmışdı. Məsciddəkilər "Amerikaya ölüm", "İsrailə
ölüm" şüarları səsləndirmişdi.
İRANIN AÇIQLAMASINI YALANLAMAQ
ABŞ Xarici İşlər Nazirliyi spikeri John Kirby də İran ilə Suriya məsələsi dair hər hansı bir müzakirə etmədiklərini söyləyib.
Kirby,
İran dini lideri Ayətullah Əli Xomeyninin baş müşaviri Əli Əkbər
Vəlayətinin, ABŞ rəhbərliyinin, İranla Suriya mövzusunda müzakirələrdə
olmaq istədiyinə dair iddialarına cavab verib.
ABŞ
rəhbərliyinin, İran ilə təmin edilən nüvə razılığı xaricində hər hansı
bir mövzuda müzakirə edilmədiyini ifadə edən Kirby, "Suriyada nə olub
bitdiyinə dair İran ilə bir müzakirə etmədik. Çox açıq olmaq lazımdırsa,
İranla nüvə razılığı xaricində hər hansı bir mövzu müzakirə etmədik. Ən
başından bəri söylədiyimiz kimi, İŞİD də daxil olmaqla İranla Suriya
məsələsinə dair heç bir mövzu səbəbi ilə ünsiyyət halında deyilik"
deyib.
Xomeyninin baş müşaviri Vəlayəti, son
vaxtlarda ABŞ-lı səlahiyyətlilərin Suriya və Yəmən kimi bəzi regional
məsələləri də İranla müzakirə arzusu içində olduğunu söyləmişdi.