Yanan Norman Atlantic bərəsindən xilas edilənlərin sayı 290 nəfərə çatıb. Hazırda bərədə hələ də 188 nəfərin qaldığı bildirilir.
Qəza yerində İtaliya və Yunanıstana aid helikopterlər xilasetmə əməliyyatı keçirirlər.
Vətəninfo.az xəbər verir ki, hadisə yerində səkkiz İtaliya və bir yunan helikopteri çalışır. Hava şəraitinin yaxşılaşacağı təqdirdə əməliyyatlara hərbi-nəqliyyat təyyarələri də cəlb olunacaq.
İtaliyaya məxsus Norman Atlantic bərəsində yanğın dekabrın 28-də səhər saatlarında başlayıb. Yanğın zamanı bərənin göyərtəsində 400-ə yaxın insan olub. Təxliyyə zamanı onlardan biri həyatını itirib.
Xilasetmə işlərində İtaliyanın, Yunanıstanın və Albaniyanın fövqəladə xidmətləri iştirak edirlər. Onlar gecə ərzində bərəni üç dəfə yedəyə alıb yaxınlıqdakı limanlardan birinə aparmağa cəhd göstərsələr də, buna müvəffəq olmayıblar.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib