YAP-ın siyahısına düşməyən xanım deputat danışdı

YAP-ın siyahısına düşməyən xanım deputat danışdı
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısına düşməyən VI çağırış Milli Məclisin deputatlarından biri də Kamilə Əliyevadır. O, son seçkidə 111 saylı Zaqatala - Balakən seçki dairəsindən deputat seçilib. 

Kamilə Əliyeva Modern.az-a məsələ ilə bağlı açıqlama verib. 

O bildirib ki, Yeni Azərbaycan Partiyasının üzvüdür, Milli Məclisin 3 çağırışında YAP tərəfindən namizədliyi irəli sürülüb: 

"Bu seçkilərdə namizədliyimin irəli sürülməməsinə hörmətlə yanaşıram. Partiyamız tərəfindən qəbul edilən bütün qərarlar mənim üçün qanundur. Bakı Dövlət Universitetinin genetika kafedrasının müdiri vəzifəsində çalışıram. Bundan sonra da fəaliyyətimi burada davam etdirəcəyəm. Ulu Öndər Heydər Əliyevin siyasi irsi və bu irsi layiqlə davam etdirən müzəffər İlham Əliyevin fəaliyyəti mənim həyat yolum olaraq qalacaq və mən bu siyasi kursa həmişə sadiq olacağam”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az