Yeni qanun imzalandı: Pedofillər axtalanacaqlar

 Yeni qanun imzalandı: Pedofillər axtalanacaqlar
Qazaxıstan prezidenti Nursultan Nazarbayev pedofillərin kimyəvi axtalanmasının icbari norma kimi tətbiq edilməsi haqqında qanunu imzalayıb.

Miq.az azvision.az-a istinadən bildirir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. 

Bundan əlavə, "Qazaxıstan Respublikasının uşaq haqlarının müdafiəsi məsələlərinə dair qanunvericilik aktlarına bəzi dəyişikliklər və əlavələrin edilməsi haqqında" qanun yetim və valideyn himayəsindən məhrum qalan uşaqlar haqqında məlumat bazasının yaradılmasını da tövsiyə edir. 

Ehtimal edilir ki, bu sistem uşaq haqları məsələləri ilə məşğul olan dövlət orqanlarının, mərkəzi və yerli səviyyəli orqanların, eləcə də Qazaxıstanın xarici müəssisələrinin qarşılıqlı fəaliyyətini təmin edəcək. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az