Zaqatalada canavarlar 40-dan çox heyvanı parçaladı

Zaqatalada canavarlar 40-dan çox heyvanı parçaladı

Zaqatalada canavarlar fermaya hücum edib.
 
Miq.Az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qandax kəndində qeydə alınıb. Canavarlar kənd sakini Rəcəb Məmmədova məxsus 40-dan çox xırdabuynuzlu heyvanı parçalayıb.

R.Məmmədov bildirib ki, hücuma məruza qalan heyvanlardan 12 tələf olub, qalanları isə yaralıdır.

Qeyd edək ki, canavarlar hücum edən fermada bir-neçə kənd sakininə məxsus 300 baş xırdabuynuzlu heyvan olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az