“Özəl universtetlərdə MTN-nin şöbəsi olmalıdırmı?

“Özəl universtetlərdə MTN-nin şöbəsi olmalıdırmı?

İlham İsmayıl: “Yalnız dövlət müəssisələrində bu mümkündür”

Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki, Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayılovun “Vətəninfo.az”a müsahibəsi:

-İlham müəllim, Elşad Abdullayev ötən gün bir sənəd yayımladı və həmin məktubda MTN-dən ABU-nə bir şəxsin prorektor götürülməsi üçün sərəncama göndərildiyi qeyd olunurdu. Sizcə, belə bir məktub ölkədəki bütün univeristetlərə göndərilir?

- Özəl bir univeristetə belə bir məktubun göndərilməsi doğru deyil. Ona görə ki, ABU özəl müəssisədir. MTN yalnız dövlət strukturlarında belə bir ştata malik olur, təbii ki, hər idarə müəssisədə deyil. Bu Sovetdən qalma bir institutdur, yəni böyük təşkilatlarda, məsələn universitetdə, müəyyən nazirliklərdə, bəzi zavod, fabriklərdə həmin şəxslər MTN -in işçisi olur, maaşı MTN -dən alır. Sözü gedən məktub əvvəllər birbaşa rektora deyil, təhsil nazirinə ünvanlanırdı və səbəbi də bir növ əsaslandırılırdı. 

Bu sovetdən qalma "podkrışnik" institutu çoxdan ləğv olunmalı idi. Konkret olaraq sözü gedən məktub qanunsuzdur. Mən bir məsələnidə sizin diqqətinizə çatdırım ki, o vaxt belə bir söz-söhbət gəzirdi ki, Namiq Abbasov MTN-i vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, o Bolqarıstana səfir göndərmək istənilib. Amma Bolqarıstan N.Abbasovun səfir kimi ölkəsində fəaliyyət göstərməsinə razılıq verməyib. Bunu da onunla əsaslandırıb ki, N.Abbasov uzun illər Azərbaycanın MTN-i olub. Amma Özbəkistan bundan imtina etməyib və qəbul edib. Yəni ölkədən-ölkəyə fərq var. Elə ölkə var qəbul edir, elə ölkə var qəbul etmir.Eynilə də özəl müəssisələr. Bəziləri qəbul edə bilər. Amma elələri də var “Bura özəl müəssisədir və belə bir orqanın mənim müəssisəmdə olmasına ehtiyac yoxdur” deyə bilər və bunu mövcud qanunlarla əsaslandırar.

- Amma univeristetdə xarici ölkə vətəndaşlarının da oxuduğunu diqqətə aldıqda belə bir addım atıla bilməzmi? Yəni burada oxuyan hər hansı xarici ölkə vətəndaşı öz ölkəsinin agenti də ola bilər...

- Xeyr. Siz dediyiniz məsələ ilə bağlı MTN-in konkret strukturları məşğul olur, o cümlədən özəl müəssisələrdə də əks kəşfiyyat tədbirlərini həyata keçirə bilirlər. Bunun üçün özəl yerdə ştat açılmır. Siz deyən məsələ o zaman mümkün ola bilər ki, həmin özəl yerin sahibinə əsaslandırılmış faktlar deyilir və dövlət üçün mühüm xarakter daşıdığı bildirilir.Yenə də razılığı olmalıdır .Bu təyinatda o situasiya görünmür və əsas səbəbi rektora bəlli olub.

- Bu Elşad Abdullayevin iddiasıdır? Ortada olan fakt məktubdur. Yəni onun rektor olmasına dair bir rəsmi fakt varmı? Elşad Abdullayev bu məsələdə iftira atma ehtimalı sizcə yoxdurmu?

- Sabah sizin saytınızda bir və ya bir neçə xarici jurnalist işləsə, bu o demək deyil ki, sizə də MTN ştat açmalıdır. Məktub var, olmasaydı bu variantı yoxlamaq olardı, indiyədək də rəsmi təkzib yoxdur.

- Göndərilən məktub bilindiyi kimi prorektor təyinati ilə bağlıdır. Amma ABU rektoru iddia edir ki sonradan univeristet ələ keçirilməsi üçün həmin şəxsin rektor təyin olunması və onun rektorluqdan çəkilməsi istənilib. Yəni dediyi ikinci hissənin dəlil-sübut məsələsi var.

- Məktubda onun rektorluqdan çəkilmə tələbi məncə yox idi. Rektorun sözünə görə guya Mehdiyev deyib ki, sən rektor qal, perspektivdə təsisçiliyi göndərilənə ver. Məncə MTN məktubunda prorektor təyinatı vardı.

- Sadəcə məktubda görünən “sizin sərəncamınız göndərilir” sözü var.

- Yenə də deyirəm ki, əgər qanunu bu günlərdə dəyişməyiblərsə, bu təyinat da, məktub da qanunsuzdur. 

Kənan


“Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az