Zelenskinin lovğalanacaq heç nəyi yoxdur - Trampdan SƏRT SÖZLƏR

Zelenskinin lovğalanacaq heç nəyi yoxdur - Trampdan SƏRT SÖZLƏR
ABŞ Prezidenti Donald Tramp yenidən ukraynalı həmkarı Volodimir Zelenskini ittiham edib.

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.

Tramp bildirib ki, Ukrayna üçün vəziyyət dəhşətlidir.

"Zelenski ya sülhü seçməli, ya da ölkənin itirilməsinə səbəb ola biləcək daha üç il müharibə aparmalıdır.

Heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımasını tələb etmir, amma o, Krımı istəyirsə, onda niyə 11 il əvvəl, güllə atmadan Rusiyaya təhvil verdilər, onun uğrunda mübarizə aparmadılar?

Biz razılığa çox yaxınıq və əlində kartları olmayan adam nəhayət ki, bu müharibəni bitirməlidir.

Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur. Amma Zelenskinin də lovğalanacaq heç nəyi yoxdur. Onun açıqlamaları yalnız "qətl meydanı”nı uzadır. Sülhü çətinləşdirir. Mən səbrsizliklə Ukrayna və Rusiyaya kömək etmək istəyirəm", - Tramp bildirib.

Qeyd edək ki, ABŞ-ın təklif etdiyi sülh planı Krımın Rusiya kimi tanınmasını və döyüşlər zamanı Rusiyanın əldə etdiyi ərazilərin saxlanmasını nəzərdə tutur. Təklif ötən həftə Parisdə keçirilən görüşdə müzakirə edilib və bu gün, aprelin 23-də Vaşinqton Londonda Kiyevdən cavab almağı planlaşdırıb. Görüşdən bir gün əvvəl Zelenski yarımadanı heç vaxt Rusiya ərazisi kimi tanımayacağını, çünki bunun Ukrayna konstitusiyasına zidd olduğunu bildirib.
 
*****
 
O, Krımı istəyirsə, niyə 11 il əvvəl bunu etmədi? - Tramp

Krım illər əvvəl, Prezident Barak Obamanın himayəsi altında itirilib və müzakirə mövzusu da deyil.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O, Ukrayna Prezidenti Vladimir Zelenskinin Krımın işğalını hüquqi olaraq tanımayacaqlarına dair açıqlamasına istinad edərək, bu bəyanatın Rusiya ilə aparılan sülh danışıqlarına xələl yetirdiyini bildirib:

"Heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımasını tələb etmir. O, Krımı istəyirsə, niyə on bir il əvvəl Rusiyaya atəş açılmadan təhvil veriləndə onun uğrunda mübarizə aparmadı? Ərazidə həmçinin Obama tərəfindən təhvil verilməzdən uzun illər əvvəl Rusiyanın əsas sualtı bazaları da olub. Məhz Zelenskinin bu açıqlaması kimi qızışdırıcı bəyanatlar müharibənin həllini çətinləşdirir. Onun öyünmək üçün bir şeyi yoxdur. Ukrayna üçün vəziyyət ağırdır. O, ya sülh əldə edə bilər və ya bütün ölkəni itirənə qədər daha üç il mübarizə apara bilər”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az