Ziya Məmmədovun qardaşlarını soyublar-şok faktlar

Ziya Məmmədovun qardaşlarını soyublar-şok faktlar

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşları-Nəriman və Loğman Məmmədovların bankdan külli miqdarda pulunu oğurlayıblar. Bu sensasion xəbəri redaksiyamıza verən mənbə deyib ki, oğurluq Məmmədovların Beynəlxalq Bankın “Nəqliyyat filialı”nda olan bank hesablarından olub. Ən maraqlısı odur ki, Məmmədovlar bank hesablarında 2011-2014-cü illər ərzində oğurlanmış pullardan xəbər tutmayıblar.
 
Yəni pulların hesablarından silinməsini fərq etməyiblər. Zərərçəkənlərin siyahısında Ziya Məmmədovun və deputat Cavid Qurbanovun yaxın adamları, “Azəryolservis”in vəzifəli şəxsləri də var. Bunlar Ramin İsmayılov, Tahir Əliyev və Xəqani Kazımovdur. Bu adamların da “Nəqliyyat filialı”nda depozit hesabları olmuş və həmin hesablaşma hesablarında bir neçə milyon yerləşdirilibmiş. Məmmədov qardaşlarına və nazirə yaxın digər şəxslərin də külli miqdarda pulu oğurlanıb…
Redaksiyamıza daxil olan məlumata görə, hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bu işlə bağlı həbs edilən mütəşəkkil qrupun mühakiməsi başlayıb. Məhkəməyə sədrliyi hakim Zeynal Ağayev edir. Təqsirləndirilən şəxslər Hadiyev Fərid Şövqi oğlu, Ələkbərov Yaşar Bayram oğlu, İbrahimov Nasir Aydinoviç, Bayramov Fərrux Teyyub oğlu, Aqarunov Rinat İliç, Rusiya Federasiyasının vətəndaşı İfraimov Nair İlişayeviç MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs olunublar.

Fərid Hadıyev bu işdə əsas fiqurantdır. Çünki o, Beynəlxalq Bankın “Nəqliyyat filialı”nda əməliyyat şöbəsində baş mütəxəssis işləyib. İttiham aktına görə, F.Hadıyev Ziya Məmmədovun qardaşı Loğman Məmmədovun bank kartının nömrəsi, məxfi kodu və hesabındakı məbləğ barədə Yaşar Ələkbərova məlumat verib. Y.Ələkbərov da həmin hesabda olan pulları müxtəlif müddətlərdə və müxtəlif pul köçürmə sistemi, o cümlədən  “Kontakt” sürətli pul köçürmə sistemi ilə Nair İlişayeviçin hesabına köçürüb. Məlum olub ki, 2013-cü ildə nazirin qardaşının hesabından 69.995,37 ABŞ dolları (54.596,4 manat), 97,95 avro (103, 83 manat), 3.915, 28 Ukrayna qrivnası (332,8 manat), 4.079.310,72 Rusiya rublu (81, 586,2 manat) pulunu gizli olaraq mənimsəyiblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az