« Azərbaycan Cənubi Qafqazda bizim dünyəvi rejimli tərəfdaşımızdır »

« Azərbaycan Cənubi Qafqazda bizim dünyəvi rejimli tərəfdaşımızdır »

Mətbuatdan məlum olduğu kimi, Fransa senatoru Natali Qule iyun ayının 12-də Bakı Olimpiya stadionunda 1-ci Avropa oyunlarının açılış mərasimində iştirak etmiş, ayın 13-də isə Beynəlxalq Mətbuat Mərkəzində Fransa Senatının Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri senator Andre Rişar ilə birlikdə çoxsaylı jurnalistlər üçün mətbuat konfransı keçirmişdi. İlk Avropa oyunlarının açılışından zəngin təəssüratlarla öz ölkəsinə qayıtmiş senator Qule Fransada kifayət qədər populyar olan “Opinion Internasinal” saytına müsahibə vermişdir. Həmin müsahibənin tərcüməsini olduğu kimi oxucularımızın diqqətinə təqdim edirik.

 
Vətəninfo.az UDİ-nin üzvü, Ornedən seçilmiş senator Natali Qulet ilə söhbəti təqdim edir.
 
Siz Azərbaycanda keçirilən Bakı Avropa Oyunlarından qayıdırsınız. Necə düşünürsünüz: Avropa Oyunlarını siyasi hadisə saymaq olarmı?

Artıq, xeyli vaxtdır ki, idman və siyasət bir-birinə bağlanıb. Bakı Oyunları isə Azərbaycan ətrafında çoxlu debatlara yol açdı. Əsas tənqidlər ölkədə « demokratiyanın keyfiyyəti » ilə bağlıdır. Yəni Bakı Avropa Oyunları üçün uyğun ünvan sayıla bilməzmiş. Düşünürəm ki, hər şeyin nisbi olduğunu unutmaq olmaz. Azərbaycan cəmi 24 yaşı olan çox gənc bir ölkədir. Onun şimal və cənub qonşuları – Rusiya və İran narahat ölkələrdir. Azərbaycan Ermənistanla açıq müharibə şəraitindədir və bu müharibədə hər gün insan ölür. Bu barədə heç vaxt heç kim danışmır. 

Avropa Şurası çərçivəsində Azərbaycan öz demokratik fəaliyyətini daha da yaxşılaşdırmaq istiqamətində çalışır. Bir gün içində hər şeyi eləmək olmur. Seçki prosesinin təşkili yaxşılaşdırılmışdır. Əlbəttə, hələ də həllini gözləyən problemlər var. İstənilən halda, bu gün Azərbaycana ünvanlanış tənqidlər çox amansız və qeyri-konstruktivdir.


 Qərbi Avropa bu oyunlara qatılmışdımı?


Bəli, bütün Avropa ölkələri orada idi, İslam Konfransı Təşkilatına üzv olan bu ölkəyə hətta İsrail də gəlmişdi. Ermənilərin bu oyunlara qatılması isə həm erməni atletlər üçün, həm də Azərbaycanın hakim dairələri üçün çox cəsarətli bir addım sayılmalıdır. Burada çoxlu miqdarda qərb təmsilçiləri də var idi. Fransaya gəldikdə isə, bizi orada Fransa hökumətinin İdman üzrə Dövlət Katibi Tyeri Brayar, həmçinin cüdo üzrə keçmiş dünya çempionu, fransalı deputat David Duye təmsil edirdi.


 Beynəlxalq diplomatiyada Azərbaycan nə deməkdir?



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az