1000-ə yaxın qadın hərbi xidmət keçir

1000-ə yaxın qadın hərbi xidmət keçir

Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 1000 nəfərə yaxın qadın hərbi xidmət keçir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Hazırda qadınlar Silahlı Qüvvələrdə tədris, tibb, kadr, artilleriya, arxa cəbhə, beynəlxalq hərbi əməkdaşlıq və digər sahələrdə hərbi xidmət keçirlər.

Nazirlikdən bildirilib ki, döyüş əməliyyatları zonasında (cəbhə xəttində) qadın hərbçilər xidmət keçsələr də, birbaşa döyüş tapşırığının icrası ilə bağlı xidmət sahələrinə cəlb olunmurlar. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az