Miq.az-ın ans press-ə istinadən məlumatına görə, bu dəfə tamaşaçılar qarşısında adlı-sanlı müəllimlərin komandası durub - Dima Bilan, Pelaqeya və Leonid Aqutin.
Yeni mövsümün açılışına öz ifası ilə azərbaycanlı Azər Nəsibov damğa vurub. 15 yaşlı həmyerlimiz uşaqlıqdan sevdiyi Pelageyanın komandasını seçib. Azər Nəsibov həm də Pelageyanın komandasında birinci iştirakçı olub.
Azər Nəsibov yarışa "Scorpions" qrupunun "Maybe İ Maybe You" mahnısının kover versiyası ilə start verib. Nəsibovun ifası hər üç münsifi heyran edib. Azərin ifası yerli tamaşaçılar tərəfindən sürəkli alqışlarla müşayiət olunub. Onun ifası yerli publikaya xoş gəldiyindən tamaşaçılar "Afərin, Afərin, Afərin” deyə qışqırıblar. Növbəti mərhələyə adlayan həmyerlimiz yarışda iştirakını davam etdirir.
Leninqrad vilayətinin Volxov rayonunun Syastroy şəhərində yaşayan Azər Nəsibov yaşadığı şəhərdə praktik olaraq bütün konsertlərin iştirakçısıdır. Azər artıq bir neçə müsabiqəni qalibi olub. Yazda Azər Nəsibov "Uşaqlıq Bayramı" Beynəlxalq festival-müsabiqənin Qran-prisini qazanaraq "Salzburg Stars” beynəlxalq müsabiqə-festivalına pulsuz səfərlə mükafatlandırılıb.
Qeyd edək ki, keçən il də uşaqlar arasında baş tutan "Qolos" səs yarışmasında azərbaycanlılar iştirak edib. Ötən ilki yarışmanın qalibi Maksim Fadayevin komandasında yarışan 14 yaşlı Səbinə Mustafayeva olub. Rusiyanın ən yaxşı uşaq səsi seçilən Səbinə özbəkdir və yarışmaya Daşkənddən qatılıb. Finalda "Aerosmith" qrupunun repertuarından "Crazy" mahnısını ifa edən qız tamaşaçılardan 46 faiz səs yığıb. Yevdokiya Malevskya və Səidə Muxametzyanova isə növbəti yerləri tutub.



Miq.az
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ