1995-ci ildən sonra ilk dəfə DÜŞMƏN helikopteri vuruldu- Mi-24
Düşmənin Mi-24 tipli döyüş helikopterinin vurulması 1995-ci ildən sonra ilk hadisə idi...
Bu gün hərbi qulluqçumuz İlkin Muradovun təxribatçı düşmən helikopterini vurmasından 4 il keçir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmiş və qiymətli hədiyyə ilə mükafatlandırılmışdı.
İlkin Muradov düşmənin döyüş cütlüyündən ibarət helikopterlərdən birini vurub, digəri isə atəş zonasından yayınaraq uzaqlaşmışdı. Düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçusu məhv edilmişdi.
Bu gün qəhrəmanımız özü ordu sıralarını tərk etsə də, adı həmişə qəlbimizdədi...
Miq.Az