Bu gün mətbuata göstərilən diqqət və qayğı çox yüksək səviyyədədir. Bununla əlaqədar bir çox proqramlar həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata diqqət, qayğı göstərməsi əlbəttə ki, media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir”. Vətəninfo.az SİA-ya istinadla xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyib.
Sədr müavinin sözlərinə görə, ölkədə nə qədər proqramlar həyata keçirilsə də mətbuatla bağlı məsələlərə həssas yanaşılır: “Ölkə başçısı tərəfindən Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi ilə bağlı Sərəncam imzalandı. Həmin Sərəncmadan irəli gələn məsələlərlə bağlı Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planında istər ölkə daxilində, istərsə də Azərbaycan mediasında iz qoymuş ayrı-ayrı xarici ölkələrdə tədbirlər keçiriləcək. Beləcə Azərbaycanın bütün bölgələrində regional konfranslar keçiriləcək. Eyni zamanda Türkiyə və Gürcüstanda da müəyyən tədbirlər baş tutacaq. Artıq tədbirlərə start verilib. İlk tədbir Bakı Dövlət Universitetində keçirilib. Daha sonra “Əkinçi” qəzetinin yaradıcı, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin anadan olduğu Zərdab şəhərində baş tutub. Hazırda isə Gəncə şəhərində regional konfrans keçirilir”.
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb