Çaylarda vəziyyət necədir?

Çaylarda vəziyyət necədir?
Avqustun 31-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-160, Kiçik Qafqazın çaylarında 80-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 110 faizini təşkil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 130 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 12 santimetr azalma qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 84 kubmetr təşkil edib.

Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsində əsasən azalma müşahidə olunub.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 353, Şirvanda 221, Salyanda 135, Bankədə 165, Novruzlu məntəqəsində isə 70 santimetrdir.

 Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 130 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 12 santimetr azalma qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 84 kubmetr təşkil edib.

Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsində əsasən azalma müşahidə olunub.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 353, Şirvanda 221, Salyanda 135, Bankədə 165, Novruzlu məntəqəsində isə 70 santimetrdir.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az