Cəbhədə vəziyyət GƏRGİNLƏŞDİ

Cəbhədə vəziyyət  GƏRGİNLƏŞDİ
Müdafiə Nazirliyi rəsmi məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (4 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.

Müdafiə Nazirliyindən Miq.az-a  verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində, Berd rayonunun Ayqepar, Ayqedzor və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Muncuqlu və Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz və Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az