Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə yeni rəis təyin olunub.

APA xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin rəisi, polkovnik-leytenant Vüqar Xəlilov vəzifəsindən azad edilərək Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub. O bu gün işləyəcəyi kollektivə təqdim edilib.

Qeyd edək ki, Kəpəz rayon Polis İdarəsinin rəisi Azər Tağıyev ötən ilin dekabr ayında daxili işlər nazirinin əmri ilə Saatlı rayon Polis Şöbəsinə rəis təyin edilmişdir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az