Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.

Miq.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Xüsusilə Mühüm İşlər Üzrə Baş əməliyyat-müvəkkili, polis polkovnik-leytenantı Ramil Səfərəliyev vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə o, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə müavini təyin edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az