Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Azərbaycanda hərbçi silahdan açılan atəşdən vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Miq.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə iyulun 13-ü saat 23 radələrində baş verib.

Belə ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlu avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

Faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az