Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama: "Gözlərindən tökdünüz”

Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama:
"Qardaşım oğlu başqa ölkə vətəndaşı, qohum olduğu ailə başqa ölkə vətəndaşıdır. Qərar verib 50 nəfərlik toy ediblər. Mən parlamentdə toylarda israfçılıq və yüksək səs əleyhinə çıxış etmişəm və bu gün də mövqeyimdə qalıram. Qardaşım oğlunun toyunda nə israfçılıq olub, nə də yüksək səs”.

"Yeni Sabah” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O, qardaşı oğlunun toyu ilə bağlı səsləndirilən fikirlərə sərt münasibət bildirib:

"Digər tərəfdən, qardaşım oğluna görə məsuliyyət daşımıram. Görəsən kim  öz qardaş-bacılarına görə, əmisioğlu, dayısıoğlu, xalaoğlu, bibioğlu və sairə və sairə üçün məsuliyyət daşıyır? 

Bizim qanunlarımızda qohumlara görə ictimai xadimə, vəzifəli şəxsə, ziyalıya məsuliyyət varmı?

Başqa sözlə, gənclərin toyu olub, xöşbəxt olmaq istəyirlər. 25-30 il toy arzusu ilə yaşayıblar və hər kəs kimi həddi-büluğa çatıb evləniblər. Toy edənlərə "xoşbəxt olun”, "Allah mübarək eləsin”, "oğullu-qızlı olun” deyərlər. Siz nə deyirsiniz? Biriniz ucuz reytinq xatirinə, biriniz baxış sayına, biriniz paxıllıqdan, biriniz qərəzdən, biriniz özünüzün həyatın bütün mərhələlərində uğursuz olduğunuzdan nifrət və qərəz püskürürsünüz.

Onlar xoşbəxt olmaq üçün toy ediblər. Toyu da gözlərindən tökdünüz. Heç vicdan əzabı çəkirsiniz? Heç olmasa Allahdan qorxun ki, o da sizlərə xoş gününüzdə əzab yaşatmasın”.

Qeyd edək ki, Şahin Nurullayev Günel adlı xanımla ailə həyatı qurub. Toy Dubayın məşhur "Ritz-Carlton” otelində keçirilib. Mərasimi aparıcı Nanə Ağamalıyeva idarə edib. Xalq artisti Aygün Kazımova isə çıxışı ilə qonaqları sevindirib.

Xatırladaq ki, Şahinin atası Hasil Nurullayev tikinti maqnatıdır.
 
********
 
Deputatdan Elçin Əlibəyliyə: Paxıllıqdan, reytinq xətrinə...
Baku TV-də jurnalist Elçin Əlibəyli reytinq xatirinə nala-mıxa vurur. Qardaşım oğlu başqa ölkə vətəndaşı, qohum olduğu ailə başqa ölkə vətəndaşı. Qərar verib, 50 nəfərlik toy ediblər.

Axar.az xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.

"Mən parlamentdə toylarda israfçılıq və yüksək səs əleyhinə çıxış etmişəm və bu gün də mövqeyimdə qalıram. Qardaşım oğlunun toyunda nə israfçılıq olub, nə də yüksək səs.

Digər tərəfdən, qardaşım oğluna görə məsuliyyət daşımıram. Görəsən Elçin Əlibəyli öz qardaş-bacılarına görə, əmisi oğlu, dayısı oğlu, xalaoğlu, bibioğlu və sairə və sairə üçün məsuliyyət daşıyır? Axı o da efirdən hamıya dərs keçməyə cəhd edir...

Bizim qanunlarımızda qohumlara görə ictimai xadimə, vəzifəli şəxsə, ziyalıya məsuliyyət varmı?

Başqa sözlə, gənclərin toyu olub, xoşbəxt olmaq istəyirlər. 25-30 il toy arzusu ilə yaşayıblar və hər kəs kimi həddi-büluğa çatıb evləniblər. Toy edənlərə "Xoşbəxt olun", "Allah mübarək eləsin", "Oğullu-qızlı olun" deyərlər. Siz nə deyirsiniz? Biriniz ucuz reytinq xatirinə, biriniz baxış sayına, biriniz paxıllıqdan, biriniz qərəzdən, biriniz özünüzün həyatın bütün mərhələlərində uğursuz olduğunuzdan nifrət və qərəz püskürürsünüz.

Onlar xoşbəxt olmaq üçün toy ediblər. Toyu da gözlərindən tökdünüz. Heç vicdan əzabı çəkirsiniz? Heç olmasa Allahdan qorxun ki, o da sizlərə xoş gününüzdə əzab yaşatmasın”, - deputat bildirib.

Qeyd edək ki, deputat Razi Nurullayevin qardaşı, tikinti maqnatı kimi tanınan Hasil Nurullayev oğluna Dubayın məşhur "Ritz-Carlton” otelində təmtəraqlı toy mərasimi keçirmişdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az