21-ci əsrdə 31 gündür ədaləti təmin edə bilmirik - Zelenski

21-ci əsrdə 31 gündür ədaləti təmin edə bilmirik - Zelenski

21-ci əsrdə ədaləti bərpa etməyə çalışırıq, amma 31 gündür ki, hələ də təmin edə bilmirik.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Yeni Era üçün Transformasiya” mövzusunda keçirilən "Doha 2022" Forumunda videobağlantı ilə çıxışı zamanı deyib.

"Rusiyanın Ukraynaya hücumu qarşısında müdafiəmiz davam edir. Xalqımızla birlikdə sülhü qorumağa çalışırıq. Qətər hasilatı artırmalı, lazımi tələbatı ödəməli və Rusiyaya enerjinin silah olmadığını göstərməlidir.

Rusiya nüvə silahından istifadə etməklə hədələyir. Belə getsə, bu müharibə təkcə bir ölkəyə deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş olacaq”, - Zelenski xəbərdarlıq edib.

O, ölkəsində 1 milyondan çox müsəlmanın yaşadığını, mülki şəxslərin davamlı olaraq hədəfə alındığını bildirib:

"Qocalar, qadınlar və uşaqlar sığınacaqlarda yaşayır. Rusiya şəhərlərə humanitar yardımların belə getməsinə icazə vermir".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az