Azərbaycan xalqının milli dövlət quruculuğu tarixində qanlı səhifələr az deyil.
Bu fikirlər “Vətəninfo.az”a İrəvan Azadılıq Təşkilatından daxil olan bəyantda qeyd olunub. Bəyanatda daha sonra vurğulanır ki, milli idealarımızı həm daxili, həm də xarici faktor kimi daim təhdid edən başlıca qüvvəni ermənilər təşkil edib. Bunun dərin səbəbləri vardır. Əvvala, onlar Türk dünyasında ən zərərsiz təbəə kimi uzunmüdətli etibar qazanıblar. Belə gözlənilməz xəyanətkarlıq kimsənin ağlına gəlmirdi. İkincisi isə, ermənilər daha çox ticarət əhli idilər-onların əsas qayəsi,arzusu,idealı pul olub... Bəs birdən-birə bu yaltaq tayfa necə oldu ki,cəngavər bir irqin-Türklərin üzərinə gəlməyə cəsarət etdilər?!
31 Marta aparan yol bu sualın cavabından kecir.
Çox vaxt KİV-də və tarixi-sənədli əsərlərdə gen-bol təsvir edildi ki, bəs, bir erməni milyoneri filan azərbaycanlını ailəsilə birgə öz evində gizlədib soyqırımından xilas etdi...Əlbəttə,bunların hamısı qış nağılarıdır. Belə bir hal ilə nə Ermənistandan qaçın düşmüş soydaşlarımız, nə də Qarabağ məcburi köçkünlərimiz bir dəfə də olsun rastlaşmadılar...Ermənilərin I Dünya müharıbəsində siyası iflasa uğrayan Çar Rusyasının yerində yaranmış hüquqi vakuumdan istifadə edərək azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı nəticəsində Bakı, Şamaxı,Naxçıvan,Quba, Kürdəmir,Şuşa, Zəngəzur, Qars və qədim İrəvan qana qərq oldu. Rusiyada Fevral (1917) inqılabının yaratdığı anarxiyadan dərhal istifadə edən ermənilər artıq martda azərbaycanlı qırğınına start verdilər. Təəssüf ki, siyası uzaqgörənlərimiz nə üçün bu iflasın belə ağır fəsadlarını vaxtında proqnazlaşdıra bilməmişdilər. Əlbəttə, bu dərslərimizi düzgün qiymətləndirmək vaxtı çoxdan gəlib çatıb. Daha “rəhmli”, “sadiq”, “insanpərvər”, “mərd” erməni obrazı yaradanlara uymaq olmaz. Çünki əsl gerçəkdə hər vaxt belə ermənilər olmayıb və olmayacaq. 31 Mart azərbaycanlı soyqırımı bizə “Əsli-Kərəm” və ya “Bahadur-Sona” nağıllarının daha heç vaxt gərək olmadığını isbatladı. Həmin Qanlı həftənin xronologiyasının təsvir etməklə özmüzü milli acizlikdə suçlamağada haqqımız yoxdur. Çünki imperialist güclər- Qərb və Rysiyaya arxalanmış satqın erməni əhli bizə qarşı əsla öz qüvvəsilə çıxış etmirdi. Oyun idi. Burada yüz minlərlə, milyonlarca dinc insanın taleyi həll olunurdu. Onların arasında uşaq da, qoca da, şikəst də, xəstə də, hamilə qadın da vardı. Lakin heç kəsə aman yox idi. 31 Mart qırğınları Azərbaycan taleyində silinməz ən qanlı erməni izlərindən yalnız biri olmamışdır. Bu yırtıcıların gözünü indiyəcən qan doyurmamışdır. İrəvan Azadlıq Təşkilatının üzərinə bu günkü nəslə erməni vəhşliyinin əsl üzünü açıb göstərmək kimi məsul bir vəzifə düşür. Son vaxtlar tez-tez səsləndirlən hərbi ricətlər torpaqlarımızın beşdə birini işğal etmiş təcavüzkara qarşı milli mübarizə ruhumuzun dirçəlməsində böyük mənəvi-maddı qüvvə kimi çıxış edir. Biz bu amili nəzərə alaraq,erməni təcavəüzkarlığına qarşı təbliğatımızı daha geniş ayditoriyada qurmalıyıq. 31 Mart, bu mənada,bizim üçün erməni təbliğatını ifşa etməkdə çox mühüm bir faktdır. Xocalı, Spitak, Laçın, Kəlbəcər və digər yerlərdə kompakt yaşayan azərbaycanlı əhaliyə qarşı son erməni vəhşiliyi hadısələrə məhz 31 Mart prizmasından yanaşmağı tələb edir. Həm ötən əsrin əvvələrındə, həm sonlarında və indiyə kimi baş verməkdə olan erməni yırtıcılığı,qaniçənliyi və təcavüzkarlığının arxasında eyni rejissorlar gizlənmişlər. İAT-ın siyasi-ideoloqlarının fəaliyyətinin əsas istiqaməti də məhz bu mərkli oyunların iç üzünü açıb ifşa etmək və xalqımızı gözlənilən hər bir ekstremal vəziyyətə qarşı hazırlıqlı etməkdir.