500-dən çox müəssisədə 3 mindən artıq qanun pozuntusu aşkarlanıb

500-dən çox müəssisədə 3 mindən artıq qanun pozuntusu aşkarlanıb

"2017-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əmək müfəttişləri tərəfindən əməyin mühafizəsi ilə bağlı 500-dən çox idarə və müəssisələrdə yoxlama aparıb".

Miq.Az unikal.org-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev söyləyib.

Onun sözlərinə görə, hazırda iş yerlərində mövcud çatışmazlıqların aradan qaldırılması üçün müzakirələr aparılır.

"Aparılan yoxlamalar nəticəsində 3 mindən artıq qanun pozuntusu aşkar edilib. Bu və ya digər məsələlərdə çatışmazlıqlar olub. Çatışmazlıqların 92%-i aradan qaldırılıb", -deyə S.Mehbalıyev əlavə edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az