80-dən artıq reys təxirə salınıb

80-dən artıq reys təxirə salınıb

Yaponiyanın NHK televiziya kanalının yaydığı məlumata görə, ölkənin şimalını ağuşuna almış siklonun gətirdiyi güclü külək və qar aviaşirkətləri 83 daxili reysi təxirə salmağa məcbur edib.

Məlumatda bildirilir ki, “ANA” şirkəti Aomori və Sapporo şəhərləri arasında 39 reysi təxirə salıb. “JAL” şirkəti isə Hönşü adasının şimalında yerləşən Akita şəhərini Aomori və Hanamaki şəhərləri ilə birləşdirən 32 reysi təxirə salmağa məcbur olub. “Skymark Airlines” Sapporo şəhərini ölkənin müxtəlif rayonları ilə əlaqələndirən səkkiz, “Jetstar” şirkəti isə bu şəhəri həm Tokionun “Narita” aeroportu, həm də Osaka da daxil olmaqla digər cənub-qərb rayonları ilə birləşdirən dörd reysi təxirə salıb.

Yapon meteoroloqları xəbərdarlıq edirlər ki, ölkənin sahilyanı rayonlarında güclü külək, Hönşü adasının şimal-şərqində və Hokkaydo adasında isə qasırğa ilə müşayiət olunacaq güclü qar yağacağı gözlənilir.

Bəzi rayonlarda küləyin sürəti saniyədə 40 metrə, dənizdə dalğaların hündürlüyü 6-8 metrə çatır. Meteoroloqlar havanın tezliklə yaxşılaşacağını vəd etmirlər. Xüsusən Hokkaydo adasına 80 santimetr qalınlığında qar yağacağı gözlənilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az