84 yaşlı xalq artisti 24 yaşlı tələbəsi ilə evləndi

84 yaşlı xalq artisti 24 yaşlı tələbəsi ilə evləndi

Rusiyanın xalq artisti İvan Krasko 5 ildir sevgili olduğu 24 yaşlı tələbəsi Natalya Şevellə ailə həyatı qurub.

Vətəninfo.az-ın məlumatına görə, Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq 4-cü dəfə ailə həyatı quran 84 yaşlı Krasko 60 illik yaş fərqinin önəmsiz olduğunu deyib. O, sevgilisi ilə dərs dediyi teatr institutunda tanış olduğunu xatırladıb.

"O mənimlə bağlı bəzi xüsusi məqamlara toxunmuşdu. Sonra isə ard-arda mənə şeirlər yazırdı”, - Krasko gənc həyat yoldaşı barədə danışıb.  

Evini öz övladlarına hədiyyə edən İvan Krasko Natalya Şevellə 2 otaqlı evdə, öz nəvəsi və gəlini ilə birlikdə yaşayacaq. Buna baxmayaraq, 24 yaşlı Natalya Şevel bütün məhrumiyyətlərə dözməyə hazır olduğunu deyir. O, Rusiyanın xalq artistinin ona Peterburq metrosunda diz çökərək evlilik təklif etdiyini bildirib.  

Hazırda 84 və 24 yaşlı ər-arvad bal ayı üçün Venesiyaya getməyə hazırlaşırlar. İvan Krasko 45 ildən artıq Kommisarjevski adına teatrda işləyib. Bundan başqa, 100-ə qədər filmdə çəkilib.  


 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az