Ağ Evin üzərindəki bayraq endirilib

Ağ Evin üzərindəki bayraq endirilib
ABŞ federal təhqiqatçıları Oreqon ştatındakı kollecdə qətlləri həyata keçirən şəxsə məxsus 13 silah ələ keçirib.
Vətəninfo.az-ın məlumatına görə, "Report” "Amerikanın Səsinə” istinadən xəbər verir ki, silahlardan 6-sı məktəbdə, 7-si isə həmin şəxsin evində aşkar edilib.

"Bütün silahla qanuni yolla alınıb və eyni silah satan şirkətinə məxsus olub," deyə Spirtli İçki, Tütün, Silah və Partlayıcılar Bürosunndan Selinez Nunez bildirib. O, mətbuat konfransında deyib ki, silahların hamısını onun özü tərəfindən alınmayıb.

Umpqua Kollecində ələ keçirilən silahlardan 5-i tapança, 1-i isə tüfəng olub.

ABŞ prezidenti Barak Obama həlak olanların ailələrinə ehtiram və həmrəylik əlaməti olaraq Ağ Evin üzərindəki bayrağın endirilməsinə dair göstəriş verib.

Obama bildirib ki, qanuna riayət edən silah sahibləri də daxil olmaqla, əksər amerikalılar daha sərt silah qanunlarının qəbul edilməsi tərəfdarıdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az