“AAAF Park”-ın yeni fırıldağı

“AAAF Park”-ın yeni fırıldağı
Mənzillərin içərisindəki divarlarıda kv.m-ə hesablayırlarmış

"AAAF Park”-ın başının üstünü alan "qara bulud”lar hər gün daha da artır. Son zamanlarda ciddi problemləri olan, başı qalmaqallardan ayrılmayan və əsasən jurnalistlərin hədəfinə tuş gələn şirkət bu dəfə ANS-in sabiq aparıcısının qəzəbini oyadıb. ANS TV-nin sabiq aparıcısı Xəyal Azəroğlu Bizimxeber.az- a açıqlamasında bildirib ki, "AAAF Park” onu aldatdığı üçün məhkəməyə müraciət edəcək: "”AAAF Park”-ı məhkəməyə verməyə hazırlaşıram. 68 kvadratmetr ev almışdım və indi təmirə başlamışam. Ustalar evin kvadratını ölçdükdən sonra məlum oldu ki, mənzilin sahəsi 68 yox, 58 kavdarmetrdir. Maraqlandım, dedilər ki, mənzilin kvadratını hesablayanda divarları da nəzərə alırlar. Deməli mən divara görə "AAAF Park”-a 6500 manat əlavə pul ödəmişəm. Sənəddə ev 68 kavdarmetr olaraq göstərilir və heç bir yerdə bununla bağlı məlumat öz əksini tapmayıb. Bu özbaşınalığa son verməyin vaxtı gəlib çatıb. Adamı göz görə-görə soyurlar”. Xəyal Azəroğlu artıq vəkillərlə bu məsələni danışdığını və yaxın zamanda məhkəməyə üz tutacağını qeyd edib. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-c maddəsinin tələbinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Məcəllənin 59-3-cü maddəsinin tələbinə əsasən isə yaşayiş binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Bunula belə nəzərə alınmalıdır ki, mənzilin ümumi sahəsinin ölçülərinə təsir edən müəyyən azalma əmsalları nəzərdə tutulub ki, MTK-lar tərəfindən payçılara satılan mənzillərin ümumi sahəsi məhz həmin azalmalar nəzərə alınaraq hesablanmalı və mənzilin dəyəri həmin azalma əmsalları nəzərə alınaraq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri – 0,3; şüşəbənd və lociyalar – 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Bu, o deməkdir ki, məsələn 1 kv.metr balkon və terrasın sahəsi 0,3 kv.m kimi hesablanmalıdır. Müvafiq olaraq, mənzilin digər komponentlərində də göstərilən əmsallara uyğun hesablama aparılmalıdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az