"Bank of Azerbaijan” ASC müflis olduğunu elan edib.
Musavat.com xəbər verir ki, bu barədə bankın qanuni nümayəndəsi, vəkil İradə Cavadova Facebook-da yazıb. Onun sözlərinə görə, bankın müflis olması ilə bağlı Mərkəzi Banka müraciət göndərilsə də, müraciətə hələ baxılmayıb.
"Mərkəzi Bank "ciddi” arqument gətirərək (məktubdan çıxarış ....vəsatətdə adları qeyd olunmuş şəxslər tərəfindən Sizə verilmiş etibarnamələrin təsdiq edilmiş surətləri Mərkəzi Banka təqdim edildikdən sonra müraciətinizə mahiyyəti üzrə baxılaçaqdır ) bankla bağlı qərarın uzadılmasına müvəffəq olmuşdur. Mərkəzi Bankın bu marağını anlaya bilmirik. Bizə müracət edən (və etmək istəyən) əmanətçilərin nəzərinə çatdırırıq ki, sənədləşmə işləri dekabrın 24-ünə qədər davam edəcək. Mərkəzi Bankın qərarından asılı olaraq məhkəməyə müraciət olunacaq”, - hüquqşünas yazıb.
Qeyd edək ki, "Bank of Azerbaijan”ın əsası, Azərbaycanın Mərkəzi bankı tərəfindən verilmiş 166 №-li lisenziya əsasında 1993-cü ilin dekabr ayının 1-də qoyulub. 2004-cü ildə Bank öz təşkilati-hüquqi strukturunu dəyişərək Açıq Səhmdar Cəmiyyətinə çevrilir. 2006-cı ildə səhmdarların ümumi iclasında Bankın adının "Bank of Azerbaijan" ASC adına dəyişdirilməsi haqda qərar qəbul edilib. Bankın 16 filialı, 3 şöbəsi, 29 bankomatı və 500 POS-terminalı var.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT