Bəstəkar-müğənni Emin Ağalarov təqdirəlayiq addım atıb.
Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, dünya şöhrətli ifaçı gələn ay Yaşıl Teatrda keçiriləcək konsert proqramından əldə edəcəyi gəliri mayın 19-da Bakıda baş verən dəhşətli hadisədə dünyasını dəyişənlərin ailəsinə verəcəyini bildirib. O, bu barədə “Instagram” və “Facebook” sosial şəbəkələrində olan səhifələrində xəbər verib.
"Dəhşətli faciədir. Həlak olanların ailəsinə başsağlığı verirəm. İyulun 16-da Yaşıl Teatrda xeyriyyə xarakterli konsertim olacaq. Konsertdən gələn gəlirlər yanğında həlak olanların ailəsinə veriləcək. Kömək etmək istəyənlər Azərbaycan Qızıl Aypara Cəmiyyətinə müraciət edə bilər", – deyə müğənni poçtunda bildirib.
Qeyd edək ki, Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər dünyasını dəyişib, 50 nəfər isə yaralanıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?