Abid Şərifov yollara ayrılan pulları açıqladı – 25 milyard dollar

Abid Şərifov yollara ayrılan pulları açıqladı – 25 milyard dollar

Azərbaycan prezidenti ölkədə nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqət ayırır.
"APA-Economics” xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov "Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu” biznes forumunda çıxışı zamanı bildirib.

"Son illər nəqliyyat infrastrukturuna 25 mlrd. dollar investisiya yatırılıb. Görülən işlər nəticəsində Gürcüstanla Azərbaycan arasında olan dəmir yolu rekonstruksiya olunub”, – deyə A. Şərifov vurğulayıb.
A.Şərifov İran-Azərbaycan arasında tikilən Astara-Rəşt dəmir yolundan, Bakı-Tbilisi-Qars dəmir yollarının tikintisindən, Bakı limanı və Ələtdə yaradılacaq Azad Ticarət Zonasından danışıb. O qeyd edib ki, həyata keçirilən layihələr nəticəsində Azərbaycan böyük bir huba çevrilib.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az