Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 13-də II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanından sonra Sumqayıtda 2 abituriyentin intihar etməsinə münasibət bildirib.
Miq.az APA-ya istinadən xəbər verir ki, M. Abbaszadə deyib ki, intiharlar qəbul imtahanlarının nəticələri açıqlanmazdan əvvəl baş verib.
O qeyd edib ki, bu məsələ valideynlərdən asılıdır: "Valideynlər övladlarının ali təhsil almasını istəyirlər. Onlar bunu övladlarının xoşbəxtliyi üçün edirlər. Kitab oxumağa meyli olmayan uşağın hansısa sahədə yaxşı əl qabiliyyəti ola bilər. Yeniyetmələrin fikrini öyrənmək, onlarla dialoqda olmaq lazımdır. Valideynlərin özlərinin həyatda əldə edə bilmədiklərini övladlarından tələb etməsi düz deyil. Abituriyentlərin intihar etməsi Dövlət İmtahan Mərkəzinə aid olan problem deyil. Bizim müxtəlif maarifləndirici çarxlarımız var. Həmin çarxlarda abituriyentlərin imtahana hazırlaşmaları barədə ətraflı məlumatlar verilib”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL